Download 2. Səlman Farsi 2.0 APK for Android



2. Səlman Farsi.apk 2.0
Name: 2.-səlman-farsi.apk
ID: com.bygajiyev.salmanfarsi
Version: 2.0
Size: 0 Mb



2. Səlman Farsi Screen Preview

Free Download 2. Səlman Farsi APK for PC
Free 2. Səlman Farsi APK for PC
Free 2. Səlman Farsi APK for PC

2. Səlman Farsi Details

Kitabın adı: Səlman Farsi Müəllif: Cəvad Mühəddisi Tәrcümə edən:Məhəmməd Turan Nəşr edən: Faiz Çap tarixi: 2005 Salman Farsi (ərəb. سلمان الفارسي‎‎, fars. سلمان فارسی‎) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri. Səlman Farsi İslamın çiçəkləndiyi dövrdə böyük xidmətləri ilə Peyğəmbərin (s) ən yaxın adamlarından oldu və onun vəfatından sonra da bu yolda mətinliklə dayana bildi. Peyğəmbər Səlmanın həqiqət axtarışında olmasını yüksək qiymətləndirərək demişdir: "Əgər din Sürəyyada da (bürc) olmuş olsaydı, Səlman ona yol tapardı.” [1] Səlmanın zöhd və təqvası hamı tərəfindən qəbul olunmuş bir həqiqətdir. O, ibadət və cihadda nümunə sayılır, elm və imanda öndə gedirdi. Onun təvazökarlığı və sadəliyi, Əhli-beytə (ə) iman və ixlası, həqiqət yolunda dözümü, vilayət xəttində sabitliyi, xüzu və xüşusu, ədalət və kamalı, bir sözlə bütün xüsusiyyətləri yaşadığı dövrün azğınlıqları içində həqiqət axtaranlar üçün bir nümunə idi. Səlman müsəlmanlıq iftixarına nail oldu və Peyğəmbər (s) vasitəsi ilə azadlığa çıxdı. O, bir müddət Mədain şəhərinin hakimi oldu. Həyatının heç bir dönəmində haqq yolda büdrəmədi. Fəzilət və kamal çeşməsi olan Səlman hicri 35-ci ildə uzun bir ömür yaşadıqdan sonra (bəzi mənbələr Səlmanın 250, bəzi mənbələr isə 350 il yaşadığını bildirirlər) vəfat etdi. Cəfəri Sadiq nəql edir ki, bir gün həzrət Peyğəmbər (s) öz yaxınlarına buyurur: "Sizlərdən hansınız bütün günləri ardıcıl oruc tutur?" Səlman cavab verir ki, ya Rəsuləllah, mən! Peyğəmbər (s) soruşur: "Sizlərdən hansınız bütün gecələri ardıc��l ibadətə məşğul olur?" Yenə Səlman cavab verir ki, mən!" Həzrət (s) növbəti sualını verir: "Sizlərdən eləsi varmı ki, bir günə bir Quran oxuyub xətm etsin?" Səlman cavab verir ki, ya rəsuləllah, mən! Səlmanın cavabları məclisdəkilərdən birini narahat edir. Həmin şəxs Səlmanı özünü tərifləməkdə ittiham edərək deyir: "Əksər günlər Səlmanın oruc olmadığını görmüşəm. Gecələrin də çoxunu yatır. Həm də əksər vaxtlar susur. Necə ola bilər ki, belə bir adam daim oruc olsun, gecələri ibadət etsin və bir günə Qur`anı oxuyub başa vursun?" Peyğəmbər (s) buyurdu: "Sakit ol, sənin Loğman kimisi ilə nə işin! Əgər necəliyini bilmək istəyirsənsə, onun özündən soruş.” Səlman öz dediklərini belə izah etdi: "Ayda üç gün oruc tuturam. Allah-təala buyurur ki, hər kəs yaxşı iş görsə, həmin işin əvəzini onqat alacaq. Demək, mənim orucum otuz gün olur. Şabanın sonuncu günü oruc tutub, onu ramazanın əvvəlinci günü ilə əlaqələndirirəm. Belə edənlərə həmişə oruc tutanların mükafatı verilir. Peyğəmbərimiz (s) buyurmuşdur ki, hər kəs pak, dəstəmazlı, təharətli halda yatsa, bütün gecəni ibadət etmiş kimidir. Quran xətminə gəldikdə isə, Peyğəmbər (s) Əli haqqında buyurmuşdur ki, sən "qul huvəllah"ın oxşarısan; o surəni bir dəfə oxuyan Quranın üçdə birini oxumağın, iki dəfə oxuyan Quranın üçdə ikisini oxumağın, üç dəfə oxuyan isə bütün Quranı xətm etməyin savabını alır; ya Əli, hər kəs səni dildə dost tutsa, imanının üçdə biri, hər kəs həm qəlbi, həm də dili ilə sənə dost olsa, imanının üçdə ikisi və hər kəs həm qəlbi, həm dili, həm də əqli ilə sənə yardımçı olsa, bütün imanı kamala çatar.
2. Səlman Farsi | 25 Reviewers | | Rating: 4.8

Download 2. Səlman Farsi 2.0 APK


Search terms:
2. Səlman Farsi for pc
2. Səlman Farsi mod apk
2. Səlman Farsi full version
2. Səlman Farsi full data
Previous Post
Next Post